20-10-2013 [15:18]
Mia.az diplomatın press24.az-a müsahibəsini təqdim edir:
- Əslində səfirlik bu barədə həmin gün səhər saat 9 radələrində artıq məlumatlı idi. Hadisədən agah olan kimi səfir mənə, eləcə də Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Eldar Səmədov xüsusi tapşırıq verdi. Dərhal araşadırmaya başladıq. Hüquq-mühafizə orqanları və Moskva meriyası ilə əlaqa yaratdıq və danışıqlara başladıq. Baş verən hər xırda detalı xüsusi nəzarətdə saxlayır və dərhal Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu məlumatlandırırdıq. Həmin iki gün Qurban bayramı olmasına baxmayaraq, səfirliyin bütün əməkdaşları səfirin rəhbərliyi altında geniş iclaslar keçirtdi, fikir mübadiləsi apardı və hansı tədbirlərin görüləcəyinə qərar verdi. Bu sahədə fəaliyyətimiz növbəti günlərdə də davam etdi. Lakin ilk iki gün bu işlər barəsində mediaya heç bir məlumat ötürülmədi. Çünki hələ heç kimə bəlli deyildi ki, həmin qətli həqiqətən Orxan Zeynalov törədib, ya yox. Orxan Zeynalov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra biz "Facebook” sosial şəbəkəsi vasitəsilə məsələyə münasibət bildirdik. Mən də, Rusiyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Eldar müəllim də fikrini açıqladı. Daha sonra hörmətli səfirimiz Polad Bülbüloğlu Rusiyada geniş auditoriyaya malik "Dojd” telekanalına geniş müsahibə verdi. O, Azərbaycanı Rusiyada təmsil edən səlahiyyətli diplomat kimi jurnalistlərin bütün suallarına cavab verdi. Həmin müsahibə vasitəsilə istər Rusiya, istərsə də Azərbaycan ictimaiyyətini narahat edən bütün məqamlara aydınlıq gətirildi.
- Biz diplomatlar şayiələrlə hərəkət etmirik. Düzdür, hamı kimi biz də gündə yüz söz eşidirik. Lakin o sözlərin əksəriyyəti əsassız olur. Sözügedən qətl məişət zəmnində törədilmiş ağır cinayət hadisəsidir. Bunun Rusiya mediası tərəfindən şişirdilib bu qədər qabardılması və əsas diqqətin qətli törədənin azərbaycanlı olmasına yönəldilməsi birmənalı şəkildə düzgün deyil.
Mən hesab etmirəm ki, səfirlik ləng addım atdı. Əksinə, çox operativ və çox aktiv qaydada işlər görüldü. Bir faktı unutmayaq ki, kütləni idarə etmək çox çətindir. Rusiyanın hüquq-mühafizə orqanları da bu işin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Çünki kütlənin arxasında müəyyən qüvvələr durudu. Həmin qüvvələr təkcə Azərbaycanın deyil, həm də Rusiyanın əleyhinə çalışırdı. Həmin anda bizim mediaya deyəcəyimiz hər hansı bir fikir, bildirəcəyimiz mövqe kütləni sakitləşdirməyə mane ola bilər və problem daha da böyüyərdi. Qaş düzəldən yerdə vurub göz çıxara bilərdik.
Təbii ki, yox. Şəxsən biz həmin ərəfədə özümüzə qarşı heç bir soyuqluq hiss etmədik. Rusiyanın bütün dövlət nümayəndələri bizə bu işdə yardım etdilər. Rusiyanın hüquq-mühafizə orqanlarında çalışanlar da insandırlar. Onlar da səhvlərdən sığortalanmayıblar. Ümid edək ki, hadisələrdən onlar da lazımi nəticə çıxaracaqlar. Bu cür olaylar bizdən çox Rusiyanın siyasi imicinə zərər gətirir. Çoxmillətli ölkə olaraq Rusiya belə problemlərə hər zaman hazır olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların heç də hamısı miqrant deyil. Onların 60 faizi vətəndaşlıq alıb və Rusiya qanunvericiliyə uyğun yaşayır.
- Artıq bir neçə aydır ki, Azərbaycanın Rusiyadakı səfirinin müavini vəzifəsində çalışırsınız. Səfirimizlə münasibət qura bildinizmi?
Cənab səfirlə mənim 16 illik dostluq münasibətlərim var. Nizami Gəncəvi heykəlinin ucaldılması ilə əlaqədar Polad müəllim Sankt-Peterburqa səfər edəndə mən ulu öndərimiz tərəfindən təyin olunmuş fəxri konsul idim. Sonra hər dəfə Bakıya gələndə o zaman Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğluna baş çəkməmiş ölkədən getməzdim. Gənc olmağıma baxmayaraq, həmişə mənə böyük hörmət hissi bəsləyib. Sonra Polad müəllim səfir təyin olundu. Həmin vaxt mən artıq iki il idi ki, baş konsul vəzifəsində çalışırdım. Rusiyada Azərbaycanı təmsil edən iki şəxs kimi münasibətlərimiz getdikcə daha da möhkəmləndi. İndi Polad müəllimin müaviniyəm. Bu ilk növbədə səfirin arzusundan irəli gələn bir təyinatdır. Prezidentimiz tərəfindən bu vəzifəyə aprel ayının sonunda təyin edilsəm də, Rusiya üç ay öncə mənə akkreditasiya verib və iki aydır ki, vəzifəmin rəsmi icrasına başlamışam. Uzun müddət Rusiyada yaşamış, oranın tarixi, mədəniyyəti və xalqın mentalitetinə bələd olan, səfirlə dostluq münasibətləri olan bir diplomat kimi, düşünürəm ki, Polad Bülbüloğlu ilə birgə Azərbaycanımız üçün bir çox səmərəli işlər həyata keçirəcək və böyük nailiyyətlər qazanacağıq. Bir məqamı da qeyd edim ki, mən baş konsul işlədiyim vaxtlarda da elə Polad Bülbüloğlunun de-fakto müavini olmuşam. Daima sıx əlaqədə olmuşuq. Onun tapşırıqlarına əsasən Rusiyanın bütün regionlarını gəzmişəm. Qubernatorla da görüşmüşəm, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə də. Disporun formalaşmasında da mənə bir sıra mühüm tapşırıqlar verib.
Zənnimcə, hazırkı vəzifəm daha maraqlıdır. Qarşımda yeni funksiyalar var. Orada fəaliyyətim yalnız bir bölgəni əhatə edirdi, burada isə bütün Rusiyanı. Polad Bülbüloğlu kimi təcrübəli, nüfuzlu bir şəxsin müavini olmaq mənə yalnız fayda gətirə bilər. Təcrübəmi bir qədər də artıracağam. Ümid edirəm ki, bir diplomat kimi iki dövlət arasındakı münasibətlərə yalnız xeyir gətirəcəyəm
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi