Sumqayıtı ayağa qaldıran yanğından - VİDEO-FOTOLAR

img

20-10-2013 [02:58]


Sumqayıtdakı "Karvan” Ticarət Mərkəzində yanğın baş verib. XeberLent.az informasiya agentliyinin hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib. Yanğın ticarət mərkəzi bağlandıqdan sonra - saat 19:30 radələrində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 4 yanğınsöndürən maşını cəlb olunub. Xilasediciləri yanğın baş verən "Karvan” ticarət mərkəzindəki dükanlarına girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər. Yanğın yerinə Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı Eldar Əzizov və digər icra strukturlarının rəhbərləri gəlib.


FOTOLAR



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA