Təhlükə böyüyür: Kür Xəzərə yox, Xəzər Kürə tökülür - VİDEO
30-06-2020 [16:02]
Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verir. Xəzər dənizi Kür çayına tökülərək irəliləməkdə davam edir.
Mia.az “Report”a istinadla xəbər verir ki, Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib.
Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub.
Xatırladaq ki, mətbuat və bəzi mütəxəssislər Kür çayında suyun səviyyəsinin kritik həddə enməsi və qabaqlayıcı tədbirlərin görülmədiyi təqdirdə, ciddi ekoloji təhlükənin yaranacağı barədə mütəmadi olaraq həyəcan təbili çalırdı.
Heç bir qabaqlayıcı tədbir görülməməsi nəticəsində bu təhlükə baş verdi. Çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbiilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizinin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.
İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb.
Yaranmış problemin aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.
Sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil.
Rayonda vəziyyət nəzarətə götürülsə də hələ ki, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi