Nazirlər Kabineti istefaya göndərildi-SİYAHI

img

19-10-2013 [13:37]


Konstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkisinin nəticələrini rəsmən təsdiqləyib, ardınca isə İlham Əliyevin andiçmə mərasimi keçirilib. Beləliklə İlham Əliyev 3-cü müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Bu isə o deməkdir ki, Baş nazir Artur Rasizadə də daxil olmaqla hökumət istefaya gedib. Prezident İlham Əliyev tezliklə yeni hökumət formalaşdıracaq.

Modern.azsaytı istefaya gedən hökumətin tərkibini təqdim edir.

Baş nazirArtur Rasizadə;
Baş nazirin 1-ci müaviniYaqub Eyyubov;
Baş nazirin müaviniAbid Şərifov;
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənov;
Baş nazirin müaviniElçin Əfəndiyev;

Daxili işlər naziriRamil Usubov;
Müdafiə naziriSəfər Əbiyev;
Fövqəladə hallar naziriKəmaləddin Heydərov;
Milli təhlükəsizlik naziriEldar Mahmudov;
Müdafiə sənayesi naziriYavər Camalov;
Ədliyyə naziriFikrət Məmmədov;
Vergilər naziriFazil Məmmədov;
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədriMəleykə Abbaszadə;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriQərib Məmmədov;
N
əqliyyat naziriZiya Məmmədov;
Maliyyə naziriSamir Şərifov;
Əmək və əhalinin sosial müdafiəsi naziriFüzuli Ələkbərov;
Ekologiya və təbii sərvətlər naziriHüseynqulu Bağırov;
İqtisadi inkişaf naziri Şahin Mustafayev;
X
arici işlər naziriElmar Məmmədyarov;
Dövlət Sosial Müdafiə Fondunun sədriSəlim Müslümov;
Kənd təsərrüfatı naziriİsmət Abasov;
Rabitə və informasiya texnologiyaları naziriƏli Abbasov;
Təhsil naziriMikayıl Cabbarov;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədriRamiz Həsənov;
Əmlak Məsələləri Komitəsinin sədriKərəm Həsənov;
Mədəniyyət və turizm naziriƏbülfəs Qarayev;
Gənclər və idman naziriAzad Rəhimov;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimov;
Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyev;
Səhiyə naziriOqtay Şirəliyev;
Müəllif Hüquqları Agentliyinin sədriKamran İmanov;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriElşad İskəndərov;
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədriBəhram Xəlilov;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova;
Sənaye və energetika naziriNatiq Əliyev;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədriAbbas Ələsgərov;
Dövlət Statistika Komitəsinin sədriArif Vəliyev;
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədriRüfət Aslanlı;
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin sədriİnam Kərimov;
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədriAkim Bədəlov;
Dövlət Dəniz Administrasiyasının rəisiQüdrət Qurbanov;
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoruFuad Quliyev;
Dövlət Miqrasiya Xidmətinin rəisiFiridun Nəbiyev;
Dövlət Sərhəd Xidmətinin rəisiElçin Quliyev;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisiArzu Rəhimov;
Milli Arxiv İdarəsinin rəisiAtaxan Paşayev;
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoruİsgəndər Çəndirli.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA