Polad Bülbüloğlundan Orxan Zeynalovla bağlı daha bir açıqlama: “Çox kəskin surətdə..." - Video

img

18-10-2013 [21:49]


"Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalov üçün Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən vəkil və tərcüməçi tutulub. Məsələ ilə məşğul olmaq üçün səfirliyin iki diplomatı ayrılıb". "Qafqazinfo” xəbər verir ki, bu barədə ANS-ə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu məlumat verib.

Səfir hələki həllini tapmayan məqamlar olduğunu deyib.

"Hələki bizim notamız demək olar ki, öz əksini tapmayıb. Həbs olunan şəxsin yanına bizim diplomatlar hələki buraxılmayıb. İndi biz onun üzərində iş görürük. Nazirliyin müvafiq departamenti ilə danışmışam və kəskin surətdə narazılığımı bildirmişəm. Söz veriblər ki, ən yaxın zamanda bizim diplomatları Zeynalovun yanına buraxacaqlar”:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA