Milli Şuranın 20 oktyabr mitinqi təxirə salındı

img

18-10-2013 [21:17]


 
Demokratik Qüvvələrin Milli Şurası mitinqin tarixini dəyişdirib. Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı məlumat verib.

O deyib ki, mitinq oktyabrın 27-də keçirilə bilər: "Oktyabrın 14-də Bakı şəhər İcra Hakimiyyətinə oktyabrın 20-də keçiriləcək mitinqlə bağlı müraciətimiz hələ də cavabsız qalıb. Bu məsələ paytaxt rəhbərliyi tərəfindən həllini tapmayıb. Ona görə də mitinqin oktyabrın 20-də keçirilməsi ilə bağlı birmənalı qərar verə bilmirik. Təklif olunub ki, mitinq oktyabrın 27-də keçirilsin”.

G. Aslanlı bununla bağlı artıq BŞİH-yə rəsmi müraciət göndərdiklərini də qeyd edib. O bildirib ki, buna baxmayaraq, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Bakıya döndükdən sonra, həmin məsələ təkrar müzakirə ediləcək.

Xatırladaq ki, Milli Şura oktyabrın 20-də paytaxtda mitinq keçirilməsi ilə bağlı BŞİH-yə müraciət göndərdiyini desə də, paytaxt rəhbərliyi bu müraciətin rəsmi şəkildə onlara daxil olmadığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA