Oqtay Əsədov susqunluğunu pozdu - Keçmiş spiker iclaslara qatılmır, ancaq sosial şəbəkədə yazır
29-06-2020 [12:05]
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün "facebook" səhifəsində bildirib.
Deputat xatırladıb ki, 19 il əvvəl - 2001-ci ildə Azərbaycanla yanaşı Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb: "Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həmişə həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan qaçıb. Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir. Niyə, AŞPA bu məsələyə münasibət bildirmir? AŞPA-nın əsas vəzifəsi məhz insan hüquq və azadlıqlarını qorumaq olsa da, bu qurum Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərməyib. Əgər bu qurumu insan hüquqları, söz azadlığı maraqlandırırsa, öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, illərdi girovluqda saxlanılan Dilqəm Əsəgrov, Şahbaz Quliyev məsələsində niyə susur?! Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir. Bütün bu sadaladıqlarım AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin göstəricisidir. Məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir".
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kursun nəticəsi olaraq Azərbaycan dövlətinin demokratiya yolu ilə inamla addımladığı bildirən deputat qeyd edib ki, Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir:
"Bu gün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı digər ölkələrə nümunə olaraq göstərib. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib. Bunların fonunda AŞPA-nın mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir. Ümumiyyətlə, hesab edirəm ki, AŞPA fəaliyyətini gözdən keçirməli, ölkəmizə qarış ədalətli mövqe ortaya qoymalıdır".
Qeyd edək ki, O.Əsədov bu ilin fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra mətbuata heç bir açıqlama verməyib. Hətta Milli Məclisin plenar iclaslarında da üzrlü səbəbdən iştirak etməyib.
Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin Sədri olub/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi