FHN sərhəddə qalan azərbaycanlılara niyə Dağıstanda çadır qurur? - Şərh
28-06-2020 [13:29]
Azərbaycan-Rusiya dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.
Geri dönəcəyi günü gözləyən qalan vətəndaşlara isə hələlik Rusiya ərazisində dəstək göstəriləcək. Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səhra çadır düşərgəsi salınacaq.
Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.
Bu, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev arasında iki ölkə vətəndaşlarının qaytarılması ilə bağlı əldə olunan razılaşmada əskini tapıb.
Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşı qalıb, onlar ölkəyə qayıdacaqlarını gözləyirlər.
Bu razılaşmada bəzi anlaşılmaz məqamlar var. Azərbaycan FHN-nin Dağıstanda Azərbaycan vətəndaşları üçün çadır düşərgəsi qurması barədə qərarı hansı zərurətdən doğub? Həmin şəxslərin ölkəyə gətirilməsi, ehtiyac olarsa, onlara çadır qurulması, ehtiyaclarının ödənilməsi Azərbaycan ərazisində niyə həyata keçirilməyib? Hüquqi baxımdan bu qərar nə dərəcədə doğrdur?
Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirdi ki, dövlət-vətəndaş münasibətlərində hər birinin qarşılıqlı öhdəlikləri var. Yəni vətəndaşların Azərbaycan dövləti qarşısında öhdəlikləri olduğu kimi, Azərbaycan dövləti də öz vətəndaşları qarşısında öhdəliklər daşıyır:
“Kontitusiyaya görə, Azərbaycan dövləti öz ərazisində və xarici ərazilərdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verməli, onlara hamilik etməlidir. Həmçinin, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları hər kəsin bərabər hüquqlarını təmin etməlidir. Hesab edirəm ki, sərhəddə qalan və ölkəyə gətirilməyən Azərbaycan vətəndaşları ilə bağlı son hadisələr, həmin insanların müəyyən mənada müdafiəsiz qalması, bunlar azmış kimi, indi də öz vətəndaşlarını ölkədən kənarda düşərgədə saxlaması dövlət adına utanc gətirən haldır”.
Həsənovun sözlərinə görə, bütün bunlar nəticə etibarilə Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında hüquqi və siyası öhdəliklərinin lazımınca yerinə yetirilməməsi deməkdir (Pressklub.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi