Hökumət yaşayış minimumu və ehtiyac meyarının məbləğini artırır

img

18-10-2013 [17:59]


Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2013-cü illə müqayisədə 2014-cü ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.

Modern.az saytının xəbərinə görə, "2014-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:

2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat olacaq.

"2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi iləehtiyac meyarının həddi 100 manatməbləğində nəzərdə tutulub.

Xatırladaq ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manatdır. 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat məbləğində təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA