A və C vitaminləri koronavirus xəstələrini ağır kliniki gedişatdan qoruyur
27-06-2020 [14:40]
A və C vitaminlərinin koronavirus xəstələrinin ağır kliniki gedişatdan qoruya bilməsi üçün təsirləri açıqlanıb.
Bununla bağlı “Report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, ilkin mərhələdə COVID-19 xəstəliyinin gedişatını qanda olan müvafiq göstəricilərlə öncədən proqnozlaşdıra bilmək imkanları mümkündür:
“Çində aprel ayından etibarən elmi ədəbiyyata daxil edilən tədqiqatın nəticəsinə əsasən, qanda olan 2 fərqli hüceyrə tiplərinin müayinəsi vasitəsi ilə xəstəliyin gedişatını proqnozlaşdırmağın mümkünlüyü məlum olub. Əslində, xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq üçün bu gün elmə hələ ki bir neçə amil aydındır. Bu istiqamətdə mənim də elmi araşdırmalarım var və həmin araşdırmanı yaxın gələcəkdə elmi ədəbiyyatda dərc edildikdən sonra ictimaiyyətə təqdim edəcəyəm. Çində aparılan daha bir tədqiqatda isə qanda olan 2 fərqli hüceyrələr vasitəsi ilə də xəstəliyin gedişatını öncədən proqnozlaşdırmağın mümkün olduğu göstərilib. Daha dəqiq desək, xəstəliyin yüngül və ya ağır formada keçəcəyi barədə hələ xəstəliyin ilkin mərhələsində fikir söyləməyin mümkün olduğu nəzərə çatdırılıb. Bu hüceyrələrdən biri müvafiq CD8 ilə olan “öldürücü” T hüceyrələridir. Bunlar da viruslu hüceyrələri orqanizmdə öldürürlər və koronavirusun çoxalmasının qarşısını alırlar. Əgər xəstələrin az sayda belə hüceyrələri varsa, onların ağır simptomlar inkişaf etdirmək riskləri böyükdür. Başqa hüceyrə tipi olan neytrofillər isə T hüceyrələrinin funksiyasını aşağı sala bilərlər. Bununla da qanda neytrofilləri çox olan xəstədə az sayda T hüceyrələri tapılır ki, bu da xəstəliyin ağır gedişatına səbəb olur”.
Tibb elmləri doktoru qeyd edib ki, orqanizmdə daha əvvəllər mövcud olan yanaşı xəstəliklər T hüceyrələrini aşağı saldığından insanlar xəstəliyin ağır gedişatından əziyyət çəkirlər: “Buna misal olaraq orqan transplantasiyası, həmçinin xərçəng xəstəliyinə görə müxtəlif kimya terapiya alan xəstələri nümunə kimi göstərmək olar. Bundan başqa, yaşla əlaqədar olaraq, qoca insanlarda və eləcə də artıq çəkidən əziyyət çəkənlərdə də T hüceyrələri kifayət qədər aşağı olur və buna görə də həmin insanlar da ağır gedişli xəstəlik keçirirlər".
N.Abdullayev bildirib ki, qeyd olunan xəstələrdə virusa yoluxmanın ilkin mərhələsində T hüceyrələrini stimulə edərək qanda qaldırmaq xəstəliyin gedişatına köməklik göstərir: “Artıq xüsusi fərqli peyvəndlər vasitəsilə buna nail olmaq istiqamətində tədqiqatlar başlanılıb. Bundan başqa isə vitamin A və C yuxarıda qeyd etdiyim T hüceyrələrinin funksiyasını daha da artırması effekti nəzərə alınaraq istifadə olunur. Burada ən çox müzakirə olunan isə bu vitaminlərin, xüsusən də vitamin C-nin hansı dozada qəbul olunmasıdır. Buna da Çindən olan bir elmi tədqiqat qrupu münasibət bildirərək deyib ki, 300 xəstə üzərində apardıqları kliniki tədqiqata görə yüksək dozalı vitamin C-dən istifadə məsləhət görülür, hətta bu, yüngül simptomlu xəstələrə də tövsiyə olunur. Sonda isə bir daha bildirmək istəyirəm ki, bu elmi tədqiqatın nəticəsinə görə yuxarıda qeyd etdiyim risk qrupuna daxil olan xəstələrə vaxtında ediləcək xüsusi həkim nəzarəti və eləcə də müvafiq müalicələr onları xəstəliyin ağır gedişindən qoruya bilər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi