"Ermənilər işğaldakı ərazilərimizi qəsdən yandırır" - XİN bəyanat yaydı, fotolar payşadı
25-06-2020 [17:09]
Azərkosmos-un “Azersky” peyki vasitəsilə bu ilin iyun ayı ərzində Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən törədilən yanğınların monitorinqi nəticəsində alınan təsvirlərin təhlilinə əsasən, Azərbaycanın Tərtər rayonunun işğal altında olan, Ermənistanın mövqeləri istiqamətində təmas xəttinə yaxın Göyarx kəndi və kəndin yaxın ətrafında yanğınlar törədilib.Bu günədək əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə törədilən yanğınlar 866 hektar sahəni əhatə edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, cari ilin iyun ayının əvvəlindən bu günə qədər Azərbaycanın işğal altında olan Ağdam rayonunun Xıdırlı, Seyidli, Sarıcalı və Yusifcanlı yaşayış məntəqələri, Xocavənd rayonunun Muğanlı yaşayış məntəqəsi, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Horadiz yaşayış məntəqələri ətrafında geniş miqyaslı yanğınların törədildiyi müşahidə olunub:
"Ermənistan tərəfinin törətdiyi bu ekoloji terror nəticəsində yanğının yayılma sahəsi 2422 hektara çatmışdır. Hazırda qeyd edilən ərazilər üzrə “Azersky” peyki vasitəsilə gündəlik monitorinqlər davam etdirilir.
Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Ermənistanın bu qanunsuz fəaliyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalın davam etdirilməsi və möhkəmləndirilməsi, bu ərazilərin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib.
Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətə cəlb olunan bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.
Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqlar Azərbaycanın nəzarətinə qaytarılacaq. İşğalçı Ermənistan isə Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcək".


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi