Orxan Zeynalovi kim təslim edib? - Rusiya DİN

img

18-10-2013 [11:36]


 

Rusiya mətbuatı barəsində iki aylıq həbs qətimkan tədbiri seçilən Orxan Zeynalov barəsində yeni faktlar yayıb.

"Qafqazinfo” "İzvestiya” saytına istinadən xəbər verir ki, bir müddət əvvəl mətbuatda yazıldığı kimi Zeynalovu Federal Təhlükəsizlik Bürosuna Azərbaycanın diaspora nümayəndələri deyil, öz əmisi təslim edib. Belə ki, bilet aldıqdan sonra Azərbaycan qaçmağı planlaşdıran Zeynalovun yola düşməsinə bir neçə saat qalmış əmisi özü hüquq-mühafizə orqanlarına yaxınlaşıb. Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olduğu deyilən həmin şəxs rusiyalı həmkarlarına Zeynalovu tutmağa yardımçı olmaq istədiyini bildirib.

Cinayətkarlığa qarşı Mübarizə Təşkilatının sədri Aleksandr Bınenko bildirib ki, əməliyyatçılar ondan Zeynalova zəng etməyi və onu könüllü təslim olmağa razı salmağı təklif ediblər.

DİN əməkdaşlarının sözlərinə görə, məhz Zeynalovla əmisinin uzun müddət davam edən telefon danışığı əməliyyatçılara onun yerini təyin etməyə imkan verib. Saxlanmasından bir müddət əvvəl telefon danışığı zamanı Zeynalov əmisinə ətrafında çoxlu şübhəli insanların olduğunu və onu təqib etmələrinən şübhələndiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA