Marneulidə iki qadın DTX-ya çağırılıb - Səbəb

img

25-06-2020 [12:20]


Marneuli sakini olan iki qadın - Ərkinaz Quliyeva və Zənurə Talıbova Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

“Report” un yerli bürosu xəbər verir ki, buna onların “Mtavari arxi” telekanalında yayımlanan süjetdə dedikləri səbəb olub.

Qadınlar iddia ediblər ki, digər xəstəlikdən vəfat edən ailə üzvlərinin ölüm səbəbinin koronavirusla bağlı olmasına razılıq üçün onlara 10 min lari pul təklif olunub.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze telekanalın yaydığı süjetə münasibət bildirib. O, səsləndirilən versiyanı yalan adlandırıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA