Baş infeksionist: "Məsuliyyətsiz sərnişinlər digərlərinin də sağlamlığını riskə atır"
25-06-2020 [10:56]
Virusun sürətlə yayıldığı bir vaxtda bəzi sərnişinlərin sosial məsuliyyətlərini dərk etməyərək avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmədiyi müşahidə olunur.
Avtobusların insanların daha çox toplaşdığı qapalı məkan olduğunu nəzərə alaraq belə davranışların həm insanların özü, həm də ətrafındakılar üçün təhlükə yaratdığını deyə bilərik. Günlük yoluxma sayının 500 nəfəri ötdüyü bugünlərdə, sərnişinlərin əsas öhdəliyi bir neçə sadə qaydaya əməl etməkdir.
Qaydalara əməl etməyən sərnişinlərin sayını azaltmaq, yoluxma riskini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra tədbirlər görməkdə davam edir.
Yoluxmanın artmasının qarşısının alınmasına hesablanmış bu tədbirlərdən biri də maskadan istifadə etməyən sərnişinlərin avtobus salonuna daxil olmasını məhdudlaşdırmaq və belə sərnişinlərə görə avtobusun dayanacaq məntəqəsində saxlanılayaraq, yalnız maska taxdıqdan sonra avtobusun hərəkətinə icazə verməklə bağlıdır..
Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında ictimai nəqliyyatda insanları sosial məsuliyyətini dərk etməyə çağırır.
Onun sözlərinə görə, məsuliyyətsiz sərnişinlər özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır:
"İnsanların daha çox toplaşdığı qapalı məkanlar virusun yayılma riskinin yüksək olduğu yerlərdir. Bura ictimai nəqliyyatı, avtobus və metro şəbəkəsini, supermarketləri misal göstərə bilərik. İnsanlara belə yerlərə mümkün qədər az getməyi, vacib olmadıqca ictimai nəqliyyatdan istifadə etməməyi məsləhət görürəm. Lakin zəruri hallarda ictimai nəqliyyatdan, avtobuslardan istifadə edən sərnişinlər məsuliyyətlərini dərk edərək sosial məsafə qaydalarına əməl etməli, ən zəruri tələb kimi tibbi maskadan istifadə etməldirilər. Qoruyucu tibbi maskadan istifadə, sosial məsafənin gözlənməsi, gigiyena qaydalarına əməl edilməsi xəstəliyin qarşısını alan ən önəmli tədbirlərdən biridir".
Baş infeksionistin sözlərinə görə, belə sərnişinlər sürücülərin də yoluxma ehtimalını artıra bilər:
"Ümumilikdə, vətəndaşları sosial məsuliyyətlərini dərk etməyə, həm avtobus, həm digər ictimai nəqliyyat vasitələrində, özəlliklə də, daha çox insanın bir araya toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə etməyə çağırıram. Xüsusən, avtobuslarda maskadan istifadə etməyən sərnişinlər, digərləri ilə bərabər sürücülərin də virusa yoluxmasına səbəb ola, vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilərlər. Bu tələblərə əməl olunmaması sərnişinlərin virusa yoluxma ehtimalını daha da artırır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi