Cəmil Həsənli hakimiyyətə meydan oxudu: “Razılaşmasalar..."

img

18-10-2013 [10:47]


 Avropada rəsmi görüşlər keçirən Milli Şuranın vahid namizədi Cəmil Həsənli Meydan TV-yə müsahibə verib. Müxalifətin vahid namizədi seçkilərdən sonra Avropada keçirdiyi görüşlər barədə danışıb. 


Seçki saxtalaşdırmalarına, beynəlxalq müşahidəçilərin bu hallar barədə məruzələrinə münasibət bildirən Cəmil Həsənli müxalifətin seçkisonrası mübarizəsi barədə də danışıb. Cəmil Həsənli etirazçı insanları ana müxalifətin 20 oktyabr tarixində keçirəcəyi mitinqə çağırıb.

Qeyd edək ki, aidiyyatı olan qurumlar mitinqin nəzərdə tutulduğu "Məhsul" stadionda keçirilməsinə hələ icazə verməyiblər. Cəmil Həsənli müsahibəsində bildirib ki, əgər sözügedən stadionda mitinqin keçirilməsinə icazə verilməsə, o xalqı şəhərin mərkəzindəki Fəvvarələr meydadına səsləyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA