Daha bir hərbi hissənin açılışı oldu

img

24-06-2020 [15:14]


Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” nömrəli hərbi hissəsinin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə nazirinin müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA