Milli Məclisin daha komitəsinin növbəti iclası keçirilib - Nələr müzakirə edilib?
24-06-2020 [14:34]
İyunun 23-də Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin növbəti onlayn iclası keçirilib.
MM-dən Mia.az-a daxil olan məlumata görə, iclası aparan Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatlara məlumat verib ki, gündəliyə birinci oxunuşda 3 məsələ daxil edilib və həmin qanun layihələri parlamentə bir zərfdə təqdim olunub.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Həmçinin “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Bunlarla əlaqədar yeni layihədə qanunun 9-cu maddəsinə 9.2-3-cü və 9.2-4-cü maddələr əlavə olunur.
Komitə sədri vurğulayıb ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda bu dəyişikliklərin edilməsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsi zərurətini yaradır. Beləliklə, qanunvericiliyin uyğunlaşdırılması baxımından “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna 16.2-1, 16.2-2 və 24-3-cü maddələr əlavə olunur. Həmin maddələr təsis sənədləri ilə bağlı qeydiyyat və digər müraciətlərin (qrant müqavilələri, ianələr üzrə məlumatların təqdim edilməsi və s.) elektron qaydada aparılmasının mümkünlüyünü müəyyənləşdirir, habelə dövlət qeydiyyatının gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron məlumat sistemi vasitəsilə aparılmasını nəzərdə tutur.
Onlayn iclasda gündəlikdəki 3-cü məsələni şərh edən vitse-spiker Fəzail İbrahimli bildirib ki, “Qrant haqqında” qanunda edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır, QHT-lərin bağladığı qrant müqavilələrinin qeydə alınmasının elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradır.
Sonra onlayn iclasda müzakirələr aparılıb. Komitə üzvləri rəy və təkliflərini bildiriblər.
Yekunda gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi