PA rəsmisi: “Ermənilər Azərbaycan ərazilərinin işğalından sonra sonra 120 yerin adını dəyişdiriblər”

img

24-06-2020 [14:04]


“2006-ci ildə mənim AMEA-nın Tarix İnstitutu ilə birgə Azərbaycan və ingilis dillərində “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabı çap olunub. Kitabda 668 yaşayış məntəqəsinin adlarını sənədlərlə vermişik. Hətta 254 xaraba qalan kəndlərin də adını vermişik. Hansı ki, ermənilər indi də yaşamır orda. 2014-cü ildə həmin kitabın yeni nəşrini buraxdıq. Burda yer adlarının sayı 702-ə qədər artırılıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib.

Onun sözlərinə görə, hazırda ermənilər bu prosesi işğal olunmuş Dağlıq Qarabağda və ətraf rayonlarda davam etdirirlər:

“Həmin ərazilərdəki azərbaycanlı yaşayış məntəqələrinə ermənilərin köçürülməsindən sonra 120 yer adı dəyişiblər. Ancaq ermənilər bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək, tarix və ədalət bərpa olunacaq”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA