"Ata icra başçısıdır, oğlu isə hüquq mühafizə orqanlarında işləyir, belə də..." - Partiya sədri
23-06-2020 [13:41]
“Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin rəhbəridir və onun dedikləri şəxsi fikri yox, rəhbərlik etdiyi qurumun mövqeyidir”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Zahid Orucun yerli icra hakimiyyətləri barədə fikirlərinə münasibət bildirərkən deyib.
Zahid Orucun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar nəticəsində aydın olub ki, əhalinin yarıdan çoxunun yerli icra hakimiyyətlərinə münasibəti mənfidir.
Hakimiyyətə yaxınlığı ilə seçilən deputatın indiki həssas dövrdə belə bir açıqlama ilə çıxış etməsi müxtəlif mülahizələrə səbəb olub.
Sərdar Cəlaloğlu isə hesab edir ki, bu açıqlamaya konspiroloji yanaşmaq doğru deyil.
“Zahid Oruc bunu Sosial Tədqitatlar Mərkəzinin rəbəri kimi deyib. Yəni, bu həmin qurumun apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətdir. Əgər Zahid Oruc bunu deputat kimi bəyan etsəydi, o zaman hansısa ehtimallar üzərində düşünməyə dəyərdi. Bir də nəzərə almaq lazımdır ki, bu qurum təzə yaradılıb, özünü müsbət mənada göstərməlidir”, - deyə ADP sədri əlavə edib.
Sərdar Cəlaloğlu həmçinin qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin gəldiyi qənaət obyektivliyi əks etdirir. “Bu gün doğrudan da yerli icra hakimiyyətlərindən ciddi narazılıq var. Hələ mən deyərdim ki, əhalinin yarıdan çoxu yox, elə hamısı icra hakimiyyətlərindən narazıdır. Çünki icra başçıları xalqın maraqlarına yönəlik addımlar atmırlar. İnsanların sosial yardımını mənimsəyirlər, rüşvət və korrupsiyanı fəaliyyətlərində prioritetə çeviriblər, dövlət büdcəsindən bölgələrin inkişafı üçün ayrılan vəsaiti talan edirlər və s. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatlar zamanı da gördük. Aydın oldu ki, yerli icra hakimiyyətləri xalqla ali hakimiyyət arasında keçilməz sədd rolunu oynayır”, - deyə partiya sədri vurğulayıb.
Müsahibimizin fikrincə, idarəetmə sistemi dəyişməyincə, bu problem həll olunmayacaq: “İdarəetmə sistemi dəyişməlidir. Azərbaycanda aşağı keyfiyyətli idarəetmə sistemidir. Bu tip idarəetmə sistemi isə hakimiyyətə mənfi reputasiyalı, rüşvətə, korrupsiayaya meylli insanların hakimiyyətə soxulması xarakterizə olunur. Heç bir vicdanlı adam bu tip idarəetmə sistemində təmsil olunmaq istəməz. Heç bir vicdanlı adam vətəndaşın maaş kartını əlindən almaz, sosial yardımını yeməz, bölgənin inkişafı üçün ayrılan pulları mənimsəməz və s.
Marksın bir sözü var, deyir ki, maşın xarabdırsa onu kimin idarə etməsinin önəmi yoxdur, həmin maşının istehsal etdiyi məhsul zay olacaq. Ona görə də idarəetmə sistemi dəyişməyincə, biz bu cür problemlərlə üzləşəcəyik.
Bir məqamı da qeyd edim. Bu gün inzibati qurumlarla həmin bu rüşvət və korrupsiya yuvasına çevrilmiş qurumlar iç-içədir. Yəni, ata icra başçısıdır, korrupsiya ilə məşğuldur, oğul isə ya DİN-də, ya DTX-da, ya da prokurorluq orqanlarında yüksək vəzifədə çalışır. Bu halda korrupsiaya qarşı necə mübarizə aparmaq olar? Onun atasından kimsə nəsə yazsa, dərhal dostlarının köməyi ilə həmin şəxsi saxta ittihamlarla həbs etdirər, yaxud hansısa formada təzyiq göstərər.
Kadrlar Prezidentə sədaqət prinsipi ilə deyil,millətə və dövlətə sədaqət prinsipi ilə seçilməlidir. Millətə və dövlətə sədaqətli olan məmur xalqın pulunu yeməz. Amma Prezidentə sədaqət prinsipi ilə seçilən kadrlar – bu, aşağı keyfiyyətli idarəetmə sisteminin xarakterik xüsusiyyətidir – yalnız birinci şəxsin gözündə özlərini qoruyacaqlar, millət, dövlət veclərinə olmayacaq. Millətə, dövlətə istənilən xəyanət edib, yalnız birinci şəxsi maraqlarını təmin etməyə çalışacaqlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi