"Əgər icra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyursa..." - Deputat
22-06-2020 [22:37]
"Son zamanlar neçə icra başçısı əməllərinə görə həbs olundu, cəzalandırıldı. Camaat elə bilir ki, bütün icra başçıları bu cürdür".
Bu sözləri Milli Məclisin depuatatı Eldar Quliyev deyib.
"İcra başçılarının içərisində yaxşı, işini bilən, qeyrətli, namuslu, ləyaqətlə dövlətinə, Prezidentinə xidmət edənlər də var. Amma bu gün icra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyursa, onun hansı vicdanından, hansı kişiliyindən danışmaq olar? Ölkə başçısının son zamanlar apardığı islahatlardan danışmaq istəyirəm. Xüsusilə, kadr islahatları çox önəmlidir. Pandemiya dövründə görüşlər onlayn keçirildi.
Ölkə başçısı təyin edilən şəxslərlə görüşür, məsləhətlərini, tapşırıqlarını verir, tələbini qarşısına qoyur ki, bu cür işləməlisən. Bəzi icra başçıları o qədər harınlamışdılar ki, evlərindən kisələrlə pullar çıxırdı. Camaatın çətin günündə sənin evində bu qədər pul haradandır? Bugünkü kadr islahatları düzgün aparılır. İcra başçılarının dəyişiklikləri, Baş Prokurorluqda islahatlar oldu və ölkə başçısı hər birini qəbul etdi, tapşırıqlarını verdi. Mən həm seçicilərim adından, həm də öz adımdan bu islahatları dəstəkləyirəm və yaxın zamanda effektini verəcəyini düşünürəm. Hər bir məmur bu məsələlərdən nəticə çıxarmalıdır. Qarşımızda olan əsas məsələlərdən biri qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Kənd təsərrüfatının inkişafı üçün məhsuldarlığın yüksəldilməsi, ərazilərin su ilə təminatı, yaxşı cins mal-qara, hətta toyuqların gətirilməsi, onlar üçün yem bazası yaradılması, otlaqların buna cəlb edilməsi və torpaqlardan istifadə əsas məqsədimizdir. Bu gün Azərbaycanda yararlı boş torpaq qalmamalıdır".
Konkret.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi