17-10-2013 [23:13]
Bu ilin yanvarında İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı Azərbaycanın Əmək və əhalinin social müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun istintaqa verdiyi ifadəsi açıqlanıb.
Yanvarın 23-də İsmayıllı şəhərindəki "Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək "Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib.
Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun (Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı) istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ifadəsindən:
Zərərçəkmiş şəxs Ələkbərov Vüqar Füzuli oğlu ifadəsində İsmayıllı şəhəri Nizami küçəsi, 21 ünvanında yerləşən "Çıraq” otelinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mülkiyyət hüququnu təsdiq edən 9 mart 2011-ci il tarixli 0162374 nömrəli şəhadətnaməsinə əsasən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığını, həmin otelin yerləşdiyi ərazi və tikilinin fiziki şəxsdən satın alındığını, otelin 01.08.2011-ci il tarixdə istifadəyə verildiyini, Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını, 25.07.2011-ci il tarixli icarə müqaviləsinə əsasən otelin "VAFİ Turizm” MMC-yə icarəyə verildiyini, otelin inzibatçısı vəzifəsinə "VAFİ Turizm” MMC-nin direktorunun əmrinə əsasən Emil Şəmdinovun təyin olunduğunu deyib.
Vüqar Ələkbərov "VAFİ Turizm” MMC-nin idarəçiliyinə müdaxilə etmədiyini, Emil Şəmdinovu "Çıraq” otelinə vəzifəyə təyin olunandan sonra tanıdığını, onunla münasibətlərinin xidməti olduğunu, otelin işlədilməsinə, iqtisadi fəaliyyətinə hər hansı qarışacağının olmadığını, 23.01.2013-cü il tarixdə İsmayıllı şəhərində baş vermiş hadisələrə qədər Emil Şəmdinovun İsmayıllı rayonu ərazisində işlədiyi müddətdə hansısa qanunsuz hərəkətlərə yol verməsi barədə ona hər hansı məlumat daxil olmadığını, bu barədə heç nə eşitmədiyini, əksinə, onun bacarıqlı menecer xüsusiyyətlərinə malik olmasına dair məlumatları olduğunu, otel istifadəyə verildikdən sonra dəfələrlə həmin oteldə qaldığını, orada işləyənlərdən və ya qalanlardan, həmçinin İsmayıllı rayon sakinlərindən otelin fəaliyyəti, Emil Şəmdinovun hərəkətləri ilə əlaqədar ona hər hansı şikayətlər edilmədiyini əlavə edib.
Nazir oğlu 23.01.2013-cü il tarixdə Bakı şəhərində olduğunu, Bakı şəhərini tərk etmədiyini, hadisə barədə təxminən 23 radələrində İsmayıllı rayonunda Cüdo Federasiyasının inzibati binasının inşasında briqadir işləyən Anar Əlizadənin telefonla zəng vurub verdiyi məlumat əsasında xəbər tutduğunu, onun sözlərindən və sonradan digər mənbələrdən də öyrəndiklərindən hadisənin "Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun otelin yaxınlığında idarə etdiyi avtomaşınla avtonəqliyyat hadisəsi törətməsi və daha sonra maşının sürücüsü və hadisə yerinə yığılmış şəxslərlə mübahisə edib dalaşması, onların ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən baş verdiyini, həmin hadisələrdə iştirak etmədiyini, hər hansı bədən xəsarəti almadığını, guya hadisə vaxtı İsmayıllı rayonunda olması barədə məlumatların tamamilə yanlış olduğunu, "Çıraq” otelinin yandırılması nəticəsində otelin içində məhv edilmiş, yandırılmış, talan edilmiş bütün avadanlıq, mal, əşya və bir ədəd "Chevrolet-Niva” markalı avtomaşının "VAFİ Turizm” MMC-yə məxsus olduğunu, yandırılmış "Hummer” markalı avtomaşın isə onun mülkiyyətində olsa da, həmin maşının alındığı vaxtdan, yəni 2011-ci ilin axırlarından "Çıraq” otelinin istifadəsinə verildiyini və orada saxlanıldığını, İsmayıllı şəhəri R.Teyyubzadə küçəsi, 8 saylı ev və orada yandırılan avtomaşınların isə qohumu Elxan Ələkbərovun (Nizami Ələkbərovun oğlu) mülkiyyətində olduğunu göstərmişdir.
Mediaforum.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi