Öldürülən polisin 10 yaşlı oğlu: “Atamı niyə öldürdülər?”

img

17-10-2013 [17:52]



Qusarda silahlı basqın zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev dəfn olunub. Mərhum bu gün günorta saatlarında Qubanın rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Çiçi kəndində dəfn olunub.

Dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal rayonlarının hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mərhumun iş yoldaşları və yerli sakinlər iştirak edib.

Qalib Quliyevin 10 yaşında Elvin və 12 yaşında Emin adlı iki oğlu var.

Atasının ölümü barədə danışarkən hər iki övladı göz yaşlarını saxlaya bilməyib. "O mənim atam idi. Onu niyə öldürdülər? Allah onların cəzasını versin”. Mərhumun kiçik oğlu göz yaşları içində bunları deyib.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA