ZAKİR HƏSƏNOV MARAQLI FAKT AÇIQLADI: "Ermənilər Şoyquya zəng edib yalvarırdı, mən də ona dedim ki..."
22-06-2020 [15:10]
“Aprel müharibəsinin ilk 3 günündə Azərbaycan Ordusu azsaylı heyətlə Ermənistan ordusunu darmadağın etdi”.
Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
O, Aprel döyüşlərinin davam etdiyi günlərdə Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə apardığı telefon danışığının detallarını açıqlayıb:
“Sergey Şoyuqu Azərbaycana çox yaxşı münasibət bəsləyir, bizim çox yaxşı və etibarlı əlaqələrimiz var. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının heç bir sənədində təşkilat qarşısında duran vəzifələrdən biri kimi Dağlıq Qarabağın müdafiəsi məsələsi yoxdur. Çünki ora Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2016-cı ildəki döyüş əməliyyatları zamanı Ermənistan ordusunun bir hissəsi darmadağın edildikdən sonra biz Lələtəpəni aldıq, Talış istiqamətində irəliləməyə başladıq. Həmin vaxt onlar Rusiyaya, Sergey Şoyquya zəng edərək ona yalvarırdılar ki, mənə zəng edib Azərbaycan Ordusunu dayandırsın. Bizim telefon danışığımız olub, mən Rusiyanın müdafiə nazirinə izah etdim ki, bu, əks-hücumdur, onların təxribatına cavabdır və bizim məqsədimiz məhz həmin azsaylı şəxsi heyətlə, həmin ön xəttdəki hissələrlə onları yaşayış məntəqələrindən geri atmaqdır”.
Z.Həsənov bildirib ki, Azərbaycan Ordusunun cavab zərbəsi Ermənistanda təşvişə səbəb olub: “Onlarda artıq səfərbərlik başlamışdı. Səfərbərlik nə vaxt başlayır? O vaxt ki, ordunun şəxsi heyətə ehtiyacı olur və s. Onların qocaları musiqi ilə Yerevanda avtobuslara doluşurdular, ermənicə təhdid edirdilər ki, bəs indi gələcəyik Azərbaycana. Bütün bunlar necə bitdi? Bu insanlar haradadır? Yəni bu, döyüş əməliyyatlaının nəticəsidir”.
Müdafiə naziri vurğulayıb ki, 2016-cı ildəki hərbi əməliyyatlar həm də islahatdan keçmiş Azərbaycan Ordusu üçün sınağı idi: “Bundan başqa, biz orduda islahatlara başlamışdıq və bizim təsdiqə ehtiyacımız var idi: biz doğrumu inkişaf edirik, peşəkar ordunu doğru yollamı qururuq. Bir çoxları 2015-ci ildəki hadisəni unudur. Onda da lokal hərbi əməliyyatlar baş verdi. Orada da Ermənistan ordusu məğlubiyyətlərə uğrayırdı, böyük itkiləri var idi. O zaman hələ helikopter də itirmişdilər. Bunu da unutmamaq lazımdır.
Azərbaycan Ordusunun son illərdə qazandığı uğurlar göz qabağındadır. Bunu hər kəs görür, hər kəs bilir. Ən əsası da odur ki, döyüşlər nəticəsində ordunun döyüş ruhu, ölkədəki vətənpərvərlik yüksəlib. Yadınızdadırsa, 2016-cı ildə nə qədər gənc cəbhəyə getmək, erməni işğalçıları ilə savaşmaq istəyirdi. Mən cəbhədən qayıdarkən orduya könüllü şəkildə yazılmaq istəyən, vətən uğrunda savaşmaq istəyən minlərlə gəncləri görürdüm. Bu, çox vacibdir”/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi