Rusiya XİN Polad Bülbüloğluna cavab verdi, özlərinə haqq qazandırdı

img

17-10-2013 [17:25]


 

"Azərbaycanın Moskvadakı səfirinin Rusiyada anti-Azərbaycan isterikasının qızışdırılması haqda bəyanatı əsassızdır və uydurma xarakteri daşıyır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, Moskvanın Qərbi Biryulevo rayonunda baş vermiş hadisələrlə bağlı Rusiya hakimiyyət orqanlarının rəsmi şərhlərində və KİV-in xəbərlərində milli aspektə işarə vurulmayıb: "Cənab səfirin dedikləri bizdə təəccüb doğurdu. Bildirmək istəyirəm ki, Rusiya KİV-i və dövlət orqanları baş vermiş hadisə ilə əlaqədar milli münaqişəyə zəmin yaradacaq bəyanat səsləndirməyiblər. Rusiya dövlətinin müvafiq orqanları hər şeyi qanun çərçivəsində edirlər”.

A. Lukaşeviç Azərbaycanın Rusiyadakı səfirliyindən nota aldıqlarını təsdiqləyib: "Saxlanılan Azərbaycan vətəndaşına konsulluq dəstəyinin göstərilməsi tələbi ilə nota almışıq. Saxlanılan Azərbaycan vətəndaşı beynəlxalq razılaşmalar çərçivəsində notada tələb olunanlarla təmin olunacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA