Şəhid polkovnikin ailəsi Mehriban Əliyevadan kömək istədi
22-06-2020 [00:23]
2018-ci ildə Gəncə şəhərində baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis polkovnik-leytenantı Səməd Abbasovun ailəsi ciddi problemlə qarşılaşıb.
Məlumata görə, Səməd Abbasovun himayəsində olmuş qardaşı, uzun müddətdir epilepsiyadan və ağır şəkər xəstəliyindən əziyyət çəkən Məzahir Abbasovun səhhəti yenidən ağırlaşıb.
Qardaşı şəhid olduqdan sonra çəkdiyi iztirablar səbəbindən gözləri tutulan Məzahir Abbasov indi də qeyri-müəyyən şəraitdə yıxılaraq ağır xəsarətlər alıb, ona omba sümüyünün sınığı diaqnozu qoyulub.
Ailənin digər üzvləri maddi imkanları daxilində M. Abbasovu müalicə etdirsələr də, onun sağlıq durumu hər ötən gün daha da ağırlaşır. Hələ qardaşının sağlığında şəkər xəstəliyi səbəbindən ayaq barmaqları amputasiya olunmuş M. Abbasovun müalicəsi üçün əlavə vəsait tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Bu səbəbdən də, ailənin aidiyyəti qurumların köməyinə ehtiyacı var.

Məzahir Abbasov
Ailəsindən Reyting.az-a bildiriblər ki, Məzahir Abbasov vaxtilə himayəsində olduğu qardaşı Səməd Abbasov tərəfindən vaxtlı-vaxtında müalicə etdirilsə də, hazırda belə bir imkandan məhrum olub.
Qardaşı şəhid olduqdan sonra isə onun sağlıq durumu daha da pisləşib: “Səməd müəllimi itirdikdən sonra keçirdiyi iztirablar onun səhhətinin daha da pisləşməsi, gözlərinin tutulması ilə nəticələnib. İyulun 10-u Səməd müəllimin vəfatının ikinci ili tamam olacaq. Onun şəhid olduğu gün yaxınlaşdıqca qardaşının sağlıq durumu daha da pisləşir. Ailənin digər üzvləri onu öz hamayəsinə götürüb, imkan daxilində müəyyən müalicə xərclərini ödəsələr də, bu xərclər kifayət eləmir. Çünki onun ağır cərrahi əməliyyata ehtiyacı var və bunun üçün bir qədər yüksək məbləğ tələb olunur. Əlaqədar qurumlardan xahiş edirik ki, maddi vəziyyətimizi nəzərə alıb Məzahir Abbasovun müalicəsinə köməklik göstərsinlər”.
Qeyd edək ki, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva şəhid ailələrinin problemlərini daima diqqətdə saxlayır. M. Abbasovun ailəsi ümid edir ki, M. Əliyeva onların da probleminin həllində köməkliyini əsirgəməyəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi