“Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var..." - Zakir Həsənovdan xəbərdarlıq

img

21-06-2020 [22:07]


“Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”.

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.

“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, - Müdafiə naziri əlavə edib. /Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA