Miqrasiya Xidmətindən ölkədəki əcnəbilərə növbəti - Müraciət
20-06-2020 [15:08]
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:
1.Qeyd olunan ərazilərdə yerləşən regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır, müvafiq sənədlərin qəbulu və hazır sənədlərin verilməsi “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir.
2.Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).
3.Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması təxirə salınır.
4.Etibarlı yaşama icazələri olan və həmin icazələrin uzadılması üçün heç bir əsasa malik olmayan əcnəbilərin, eyni zamanda həmin tarixlərdə yaşı 16-ya çatan əcnəbilərin qanuni nümayəndələrinin (valideynləri və s.) müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Xidmətə elektron xidmət qaydasında müraciət etməsi xahiş olunur.
5.Əcnəbilər miqrasiya məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərini https://www.migration.gov.az/contacts/letter linki vasitəsilə göndərə bilərlər.
Qeyd olunan tarixlərdə olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. Bu zaman müvafiq olaraq 1 (2) rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd etməklə 8103 nömrəsinə SMS-məlumat göndərilir. Abreviaturalar mütləq ingilis şriftləri ilə yazımalıdır. Misal üçün, ölkədə müvəqqəti yaşayan əcnəbi ərzaq əldə etmək məqsədilə yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə 2MYI və sənədin nömrəsini (məs. 2MYI0123456) yazıb SMS göndərir. Göstərilən linkdə video təlimat vasitəsilə proses izahlı formada təqdim olunur (https://www.youtube.com/watch?v=Jx-9NZK3xV4).
Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/applicati... istifadə edə bilərlər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbi yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
Hərəkəti zamanı əcnəbilərin üzərlərində şəxsiyyəti təsdiq edən sənədin (pasport və ya digər sərhədkeçmə sənədinin) olması vacibdir.
Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az).
Əlavə olaraq qeyd edirik ki, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi