Deputat "Kasıb insanların pulunu kəsiblər" dedi, nazir belə cavab verdi: "Ehtiyatlı ol..." - MM-də gərginlik
19-06-2020 [15:20]
Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deputat Qüdrət Həsənquliyevin fikirlərinə irad bildirib.
Xatırladaq ki, deputat iclasda ƏƏSMN rəhbəri Sahil Babayevi tənqid edib, nazirliyi ikinci qrup əlillərdən birinin müavinətini əsassız kəsmək də ittiham edib.
Əlavə edib ki, həmin şəxs Prezidentə və Birinci vitse-prezidentə müraciət ünvanlayıb.
“İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər, mən bunu sosial şəbəkədə gördüm. Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti xəstə danaları dəyərindən xeyli baha qiymətə, öz qardaşının şirkəti vasitəsilə alıb insanlara satanda eləmək lazım idi. Kasıb insanların pulunu kəsiblər, vəsaitə belə qənaət etmək, adamları narazı salmaq olmaz. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”, - deyə Qüdrət Həsənquliyev bildirib.
Samir Şərifovun isə Qüdrət Həsənquliyevə cavabı sərt olub.
“Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O, bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi.
Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”, - deyə nazir vurğulayıb/Yenisabah.az.
Məlumata görə, nazirin çıxışından sonra Q. Həsənquliyev yerindən S. Şərifova cavab vermək istəyib.
Bu isə spiker Sahibə Qafarovanın narazılığına səbəb olub, o, millət vəkilini iclasın gedişinə mane olmamağa çağırıb.
***
MM-dəki bu gərginlikdən az sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qüdrət Həsənquliyevin parlamentin bugünkü növbədənkənar sessiyasındakı çıxışına cavab xarakerli məlumat yayıb.
O, nazirliyin gördüyü bəzi işləri sadalayıb və sonda maraqlı mesaj verib: "Bunlar, sosial müdafiə sistemində qısa müddət ərzində əldə edilmiş uğurların kiçik bir hissəsidir və mütəmadi olaraq hesabatlar şəklində Milli Məclisə və ictimaiyyətə təqdim olunur. Bildirirəm ki, səxsi maraqları naminə qeyri-qanuni “xahişlərini” və “arzularını” həyata keçirə bilməyən şəxslər böhtan xarakterli çıxışları və jurnalistikadan uzaq “reketçiliklə” ad qazanmış saytlara sifarişli yazıları ilə Nazirliyin nüfuzuna və fəaliyyətinə kölgə sala bilməyəcəklər”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi