"Biz özümlü və möhkəm "Şərq Tərəfdaşlığı"nın formalaşmasına kömək edirik..." - Avropa Komissiyasının Prezidenti
18-06-2020 [22:27]
"Bizim "Şərq Tərəfdaşlığı" ölkələrinin liderləri ilə virtual formatda baş tutan çox yaxşı müzakirəmiz oldu".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Şərq Tərəfdaşlığı" ölkələrinin liderlərinin virtual formatda keçirilən Sammitindən sonra baş tutan mətbuat konfransında deyib.
"Bəli, bizim firavan qonşularımızın olması Aİ-nin strateji marağına uyğundur. Buna görə də biz bu istiqamətdə sıx əməkdaşlıq etməyə çalışır və dözümlü və möhkəm "Şərq Tərəfdaşlığı"nın formalaşmasına kömək edirik. Dözümlülük deyərkən biz iqtisadi inkişaf, stabillik və təhlükəsizliyi nəzərdə tuturuq. Dözümlülük, davamlılıq o zaman formalaşır ki, biz insan haqlarına, qanunun aliliyinə hörmət edirik. "Şərq Tərəfdaşlığı" da 10 ildən artıqdır ki bu istiqamətdə çalışır. Biz bu istiqamətdə tərəqqi və gözəçarpan nəticələr əldə edirik. Bu gün siz bu tərəfdaş ölkələrdə aparılan sorğulara baxsa görəcəksiniz ki, Aİ ən çox etibar edilən xarici institutudur. "Şərq Tərəfdaşlığı" ölkələrinin vətəndaşlarının 10-dan 7-si deyir ki , "bizim Aİ ilə əməkdaşlığımız yaxşıdır", - Avropa komissiyasının prezidenti vurğulayıb.
O bildirib ki, bugünki müzakirədə 2020-ci ildən sonrakı "Şərq Tərəfdaşlığı" onun prioritetləri müzakirə olunub: "Tərəfdaş ölkələrin liderləri ilə tərəfdaşlığımızda növbəti illər üçün beş əsas prioriteti müəyyənləşdirdik. Biz istəyirik ki, əməkdaşlığımız iqtisadiyyata, daha yaxşı fiziki əlaqələrə və xüsusilə də gənclər üçün ən yaxşı imkanların müəyyənləşdirilməsinə təkan versin".
"Tərəfdaşlarımızla 2016-2019-cu illərdə artan ticarət dövriyyəsi çox təsirlidir. Aİ və bu 6 tərəfdaş arasında həm də ikitərəfli ticarət dövriyyəsi gözəçarpacaq dərəcədə artıb. Məsələn, Azərbaycanla ticarət dövriyyəsində 55%-ə qədər artım var, Ukrayna ilə ticarət dövriyyəsində 50 % artım var. Biz həmçinin regiondaxili ticrət dövriyyəsinin iki dəfə artdığını görürük. Biz həmçinin tərəfdaşlığımızda yaxşı idarəçilik, qanunun aliliyi, demokratik institutların formalaşması, insan haqları, gender bərabərliyi kimi məsələlərə xüsusi diqqət veririk. Bunlar bütün vətəndaşların tələbidir və Aİ üçün vacib dəyərlərdir".
Aİ rəsmisi deyib ki, blok və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əməkdaşlıqda digital əlaqələnmə prioritet sahələrdəndir. "Aİ öz Şərq tərəfdaşlarına texnologiyaların modernləşdirilməsində kömək edəcək.
Biz həmçinin iqlim dəyişikliyinə diqqət ayırmalıyıq və buna görə də yaşıllaşma siyasəti "Şərq Tərəfdaşlığının" gündəliyində mərkəzi yeri tutur.
Bu gün baş tutan videokonfrans "Şərq Tərəfdaşlığı" siyasətinə bağlılığı və "Aİ öz tərəfdaşları ilə birgə daha güclüdür", yanaşmasını daha da gücləndirdi", o, sonda vurğulayıb/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi