XİN-dən Rusiya sərhədində qalan vətəndaşlarla bağlı - Açıqlama

img

18-06-2020 [20:01]


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva Rusiyanın Dağıstan Respublikasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə təxliyə olunması ilə bağlı məsələyə münasibət bildirib.

O deyib ki, Azərbaycanın digər ölkələrdə qalan və mövcud vəziyyətlə bağlı çətinliklərlə üzləşən vətəndaşlarının ölkəyə qayıdışı mərhələli şəkildə həyata keçirilir.

“Son bir ay ərzində minə yaxın Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub. Biz xaricdə qalan vətəndaşlarımıza olduğu yerlərin qaydalarına riayət etmələrini israrla xahiş edirik”, - L.Abdullayeva vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA