AZƏRBAYCANDA KARANTİN REJİMİ YENƏ UZADILDI: 8 bölgədə SMS-lə icazə tələb olunacaq + SİYAHI

img

18-06-2020 [18:47]


Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.

Qərargah rəsmisi deyib ki, bununla da Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq: "Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq".

Onun sözlərinə görə,  Bakı metrosu xüsusi karantin rejimi müddətində işləyəcək,  bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq: "Ciddi karantin rejimi isə 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək dövrü əhatə edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA