Azərbaycan qul reytinqində 51-ci oldu

img

17-10-2013 [12:39]


Avstraliya hüquq mühafizə təşkilatı "Walk Free Foundation”in tərtib etdiyi "Dünya qul reytinqi"ndə Azərbaycan 51-ci yerdə qərarlaşıb. 162 ölkənin yer aldığı siyahıda Rusiya 49-cu, Gürcüstan 50-ci yerdə qərarlaşıb.

Reytinqin ilk üçlüyündə Mavritaniya, Haiti, Pakistan yer alır.

Qeyd edək ki, budəfəki reytinqdə hüquq-mühafizə orqanları qul anlayışını bir az genişləndirərək bura həmçinin, kreditlərdən asılılıq və məcburi nikaha daxil olma da əlavə edilib.

Qulların sayının ən aşağı olduğu ölkələr isə Böyük Britaniya, İrlandiya və İslandiyadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA