Azərbaycanda daha 329 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib - Rəsmi məlumat yayıldı

img

17-06-2020 [20:41]


Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5700, ötən müddət ərzində isə ümumilikdə 397 399 test aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA