DİM iyunun 24-25-də növbəti buraxılış imtahanı keçirilək - Bu rayonlar üzrə + CƏDVƏL
17-06-2020 [17:10]
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib.
Mərkəzdən Mia.az-a verilən məlumata görə, rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz
Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.
Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:
| Tarix/İmtahan* | 24.06.2020 | 25.06.2020 |
| 11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı |
Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt (II hissə siyahı) Zaqatala Qax İsmayıllı Ucar Xaçmaz Siyəzən Xızı |
Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron (II hissə siyahı) Balakən Oğuz Şamaxı Zərdab Quba |
| Azərbaycan dili (dövlət dili) imtahanı -Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün |
Binəqədi (Bakı) Suraxanı (Bakı) Gəncə/Kəpəz Sabirabad Qazax Cəlilabad Lənkəran Yevlax Xüsusi məktəblər (Bakı)* |
Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə/Nizami İmişli Ağstafa Masallı Astara Bərdə Biləsuvar |
| 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı | Gəncə/Kəpəz Sabirabad Qazax Cəlilabad (I hissə siyahı) Lənkəran Yevlax Xüsusi məktəblər (Bakı)* |
Gəncə/Nizami İmişli Ağstafa Masallı (I hissə siyahı) Astara Bərdə (II hissə siyahı) Biləsuvar |
| 01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı |
Binəqədi (Bakı) Suraxanı (Bakı) |
Yasamal (Bakı) Xəzər (Bakı) |
| 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı |
Binəqədi (Bakı) Suraxanı (Bakı) Gəncə/Kəpəz Sabirabad Qazax Lənkəran Yevlax Xüsusi Məktəblər (Bakı)* |
Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə/Nizami İmişli Ağstafa Astara Bərdə Biləsuvar |
| Azərbaycan dili (dövlət dili) imtahanı – – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün |
Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt Zaqatala Qax İsmayıllı Ucar Xaçmaz Siyəzən Xızı |
Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron Balakən Oğuz Şamaxı Zərdab Quba |
Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi