"Taksilərdə ön oturacaqda oturmaq qadağandır, ancaq əgər bir ailədən ikidən artıq sərnişin olarsa..." - Rəsmi xəbərdarlıq
17-06-2020 [13:37]
Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdırlar.
Mia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, qurum tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib:
"Bəzi sürücülər bizə müraicət edərək bildirirlər ki, elə hallar olur ki, sərnişinlər onlardan ön oturacaqda oturmaq üçün israr edirlər. DANX olaraq isə sərnişinlərə bildirmək istəyirik ki, əgər sərnişin sayı bir, yaxud iki nəfərdisə, onların ön oturacaqda oturmalarına icazə yoxdur. Biz bununla bağlı taksi sürücülərinə də tapşırıq vermişik. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq. Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun".
N.Allahyarova istisna hallar barədə də söz açıb. O qeyd edib ki, bir ailədən ikidən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri öndə əyləşə bilər:
"İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər. Ancaq hər bir sərnişinin əllərində əlcək, üzlərində maska olmalıdır və ünsiyyət sıfıra endirilməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi