İcra başçısı oğlunun əməlindən danışıb, yoxsa... - 

img

17-06-2020 [21:55]


"Bu, həqiqətə uyğun olmayan bir məlumatdır. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı belə bir açıqlama verməyib. Bu tip saytlar ayrı-ayrı sifarişləri yerinə yetirən şəxslər tərəfindən idarə olunur”.

Mia.az xəbər verir ki, bu fikirlər Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən Qaynarinfo-ya göndərilən açıqlamada yer alıb. 

Bildirilir ki, gununsesiaz.info saytında icra başçısının adından açıqlama yerləşdirilib. Qeyd olunur ki, Rafil Hüseynov bu sayta açıqlama verməyib və onun adından yazılanlar böhtandır. Məlumatda o da vurğulanır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının adından yayılan saxta məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək: 

"Hesab edirik ki, bu tip təxribatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi zəiflətmək üçün atılır. Belə böhtan xarakterli məlumatları sifariş verənlər və onları yayanlar cəzalandırılmalıdır ki, Azərbaycandakı əmin-amanlığa, insanların təhlükəsiz şəraitdə yaşamasına, fəaliyyət göstərməsinə hər hansı xələl gəlməsin”.

***

“Bu haqda əlavə bir söz deməyin yeri yoxdur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi səviyyəsində açıqlama olub. Təbii ki, bir ata kimi, mən də oğlumu tənbeh etdim”.

Mia.az xəbər verir ki, bu sözləri Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ötən həftə vətəndaşın mənzilinə daxil olaraq, lüt vəziyyətdə aparan polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin əməli barədə  Gununsesi.org-un sorğusuna cavabında deyib.

Xatırladaq ki, sözügedən hadisə “Yasamal hadisəsi” zamanı baş vermişdi. 

Bu hadisədən sonra icra başçısının oğlu tutduğu vəzifədən azad ounub..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA