ABŞ səfirliyindən Müdafiə Nazirliyininə gizli səs yazısı xəbərdarlığına daha bir cavab gəldi

img

17-10-2013 [10:20]


ABŞ-ın Azərbaycandakı səfirliyi Müdafiə Nazirliyinin gizli səs yazısına münasibət bildirib. 

ABŞ səfirliyinin mətbuat xidmətindən "Meydan.tv”nin sorğusuna cavab olaraq bildirilib ki, "Bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqədəyik. Bu özəl-diplomatik danışığın məzmununu müzakirə etmək fikrində deyilik”.

Qeyd edək ki, Səfər Əbiyevlə ABŞ səfirinin görüşü zamanı müzakirə olunan məsələlər haqda müdafiə Nazirliyinin yaydığı açıqlamanı səfirlik qeyri-dəqiq adlandırmışdı.

Müdafiə Nazirliyi isə ABŞ səfirinin Azərbaycandakı seçkilərlə bağlı danışığının audio yazısını qeyd etdiklərini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA