Dağıstanla sərhəddəki insidentdə yaralanan 5 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib - Müşavirə keçirilib

img

17-06-2020 [10:35]


Dağıstanın başçısı Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədində baş verən insidentlə bağlı Maqaramkent rayonuna gedərək orada müşavirə keçirib.

Bu barədə məlumat Dağıstan başçısının rəsmi saytında yer alıb.

Müşavirədə 155 azərbaycanlı vətəndaşı sərhəddən buraxılması ilə bağlı qərar verilib. Bu siyahıya, ilk növbədə, uşaqlı qadınlar, yaşlı insanlar, xəstələr, həmçinin uzun müddət sərhəddə qalan insanlar daxil ediləcək.

Müşavirədə çıxış edən Dağıstan Baş nazirinin müavini Ramazan Cəfərov sərhəddəki insidentlə bağlı Azərbaycan vətəndaşının xəstəxanaya yerləşdirildiyini bildirib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA