Dünyanı cənginə alan koronavirusun dərmanı tapılıb - Oksford alimlərindən yeni iddia

img

16-06-2020 [21:36]


Oksford Universitetinin alimləri koronavirusun dərmanını tapıb.

Bu barədə məlumatı BBC yayıb.

Kifayət qədər ucuz olan “Dexamethasone” adlı dərmanın COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunduğu bildirilib.

Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb.

BBC-yə danışan mütəxəssislər dərmanın koronavirusa qarşı mübarizədə ümidverici olduğunu bildiriblər.

Qeyd olunub ki, bu dərman 2 000 xəstə üzərində təcrübədən keçirilib. Nəticələr təcrübədən keçməyən xəstələrin vəziyyəti ilə müqayisə edilib. Məlum olub ki, ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riski 40%-dən 28%-ə enib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA