Prezident Nazirlər Kabinetinə əlavə səlahiyyət verdi - Fərman

img

16-06-2020 [18:47]


Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını hazırlayacaq.

Mia.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanuna uyğun olaraq uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA