Bakıda ən çox bu rayonlarda koronavirusa yoluxanlar var - SİYAHI

img

16-06-2020 [13:54]


İyunun 13-nə olan məlumata görə, Bakı üzrə koronavirusa yoluxma ən çox Yasamalda qeydə alınıb.

Bu barədə koronavirusinfo.az saytında məlumat verilib. 

Yasamalda virusa yoluxma 12,7% olub. Xətai rayonunda da yoluxma artaraq 12,2 faizə çatıb. 

Ümumilikdə, Binəqədidə 12,1%, Sabunçuda 12%, Nəsimi 10,7%, Suraxanıda 9,6%, Nərimanovda 8,8%, Nizamidə 7,3%, Qaradağda 6,6%, Xəzərdə 4,4%, Səbaildə 3,2 % koronavirusa yoluxma qeydə alınıb. 

Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3%.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA