Koronavirusa qarşı peyvənd neçəyə satılacaq? - Qiymət

img

15-06-2020 [18:50]


Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvənd üçün qiymət 2.5 avro (4.78 manat) təşkil edəcək.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.

Xatırladaq ki, İngiltərənin “AstraZeneca” şirkəti iyunun 5-də koronavirus peyvəndinin istehsalına başladığını açıqlayıb. Peyvəndin effektivliyi tam şəkildə sübut olunmasa da, istehsalın başladılmasına şirkət rəsmisi Paskal Soriot aydınlıq gətirib.

O bildirib ki, istehsala indidən başlanılmazsa, effektivlik sübut edildikdən sonra yaranacaq tələbatı ödəmək çətin olacaq.   /Oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA