Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib - Qərargah açıqlama yaydı

img

14-06-2020 [19:25]


Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün, eyni zamanda,  6 087 koronavirus testi aparılıb".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA