“Pandemiyadan sonra media perspektivləri” mövzusunda onlayn konfrans keçirlib
14-06-2020 [19:12]
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının “Pandemiyadan sonra media perspektivləri” mövzusunda onlayn konfransı keçirlib.
Şuradan Mia.az-a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransda iştirak edib.
Ə.Amaşov konfransdakı çıxışında Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılan fəaliyyət imkanından da söz açıb. Onun mövcud istiqamətdəki məlumatları maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
MŞ sədri bildirib ki, pandemiyanın davam etdiyi hazırkı şəraitdə medianın necə fəaliyyət göstərəcəyi məsələləri həm də post pandemiya dövrü üçün aktual əhəmiyyət daşımaqdadır. Fəsadların hər bir halda qaçılmaz olduğunu vurğulayan MŞ sədri əsasən iki məqam üzərində dayanıb. “Birincisi, media ölkə iqtisadiyyatının tərkib hissəsidir. Bilirsiniz ki, pandemiya iqtisadiyyata zərbə vurdu. Bu baxımdan medianın da itirdikləri var. Bütün dünyada belədir. İkinci məqam pandemiyanın jurnalist yaradıcılığına mənfi təsiridir. Biz gördük ki, dünya ölkələrində koronavirusla bağlı ciddi dezinformasiyalar yayıldı. Bu amil istər-istəməz medianın ahənginə də təsir göstərdi. Bir sıra KİV-lər də məlumat yetərsizliyi səbəbindən həmin yalan bilgilərə istinad etdilər. Digər tərəfdən, məqsədli şəkildə dövriyyəyə buraxılan fikirlər oldu. Təbii, bu, siyasi məqsədli idi. Düşünürəm ki, post pandemiya dövrü ilə bağlı fikirlər bildiririksə, təhlillər aparırıqsa, biz bu məsələni də müzakirə etməliyik. Çünki onilliklərlə uğrunda mübarizə apardığımız media dəyərlərinin bəzən bir göz qırpımında sıradan çıxdığını gördük. Yəni qərarlaşmış olan bəlli prinsiplərin ciddi kataklizmalar qarşısında gücsüzlüyü üzə çıxdı. Əlbəttə, bütün sahələr gücsüz oldu. Ancaq mediaya cavabdeh olduğumuzdan, bunu biz düşünməliyik. Necə edək ki, düşdüyümüz vəziyyətdən asılı olmayaraq, media prinsipləri pozulmasın? Mən təklif edirəm ki, ilk növbədə biz peşə prinsipləri ilə bağlı üzv ölkələrdəki vəziyyəti daim diqqətdə saxlayaq. Bunu üzv ölkələrdə davamlı konfrans və seminarların təşkili ilə etmək olar. Yəni elə etməliyik ki, varlığımızı ölkələrdəki media ictimaiyyəti tam şəkildə dərk etsin.
İkincisi, biz ölkələrimizin dövlət qurumları ilə təmaslarımızı artırmalıyıq. Yəni ciddi şəkildə əməkdaşlıq qurmalıyıq. Elə edilməlidir ki, dövlətlə təmaslar oxşar hallara münasibətdə həmrəylik nümayişi kimi diqqət çəksin. Həm də elə edilməlidir ki, çətin durumlarda həyata keçirilən tədbirlər söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsin. Pandemiya şəraiti dövlətlər üçün də yenilikdir. Biz bəzən gördük ki, dövlətin məhdudlaşdırıcı tədbirləri söz və ifadə azadlığına zidd işlər kimi qiymətləndirilir. Halbuki bu istiqamətdə kompromiss olmalıdır. Elə edilməlidir ki, ekstremal durumlarda nə dövlətin, nə də də medianın mənafeləri əziyyət çəksin. Hesab edirəm ki, post pandemiya dövründə biz buna da diqqət etməliyik”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.
MŞ sədrinin məruzəsi ətrafındakı müzakirədə bildirilib ki, bir çox ölkələrdə tətbiq edilən məhdudiyyətlərdə söz və ifadə azadlığını məhdudlaşdıran meyllər də nəzərə çarpmaqdadır. Bu, heç də həmişə bilərəkdən həyata keçirilən tədbir deyil. Amma belə hallarda ölkələrə konsultativ yardımların göstərilməsi vacibdir və assosiasiyaya üzv təşkilatlar mövcud istiqamətdə səylərini artırmalıdırlar. Bu mənada Azərbaycan Mətbuat Şurasının təcrübəsi təqdir edilib. Eyni zamanda Azərbaycan dövlətinin də pandemiya dövründə ictimai çağırışlara, o cümlədən medianın fəaliyyətinə həssas yanaşdığı önə çəkilib. Bunun faydalı təcrübə olduğu vurğulanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi