Bakıda yüksək vəzifəli məmurun oğlu öldürüldü

img

16-10-2013 [16:28]


Bakıda qətl hadisəsi törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA