Aslan İsmayılov rus nazirə görə rəsmi Bakını da qınadı

img

16-10-2013 [12:02]


Tanınmış hüquqşünas Aslan İsmayılov Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun saxlanılması ilə bağlı yayılan görüntüləri şərh edib.

Virtualaz.org-un məlumatına görə, A.İsmayılov Facebook-da məsələ ilə bağlı yazıb: "Son günlər Rusiyanın gündəmini zəbt etmiş, elə azərbaycanlıların özlərinə böyük bəla gətirmiş Orxan Zeynalovun cinayətini qətiyyətlə pisləyirəm (əgər deyilən kimi olubsa). Ancaq onunla bağlı yayılan videogörüntülər ona qarşı insanlığa sığmayan hərəkətlərin baş verdiyini göstərir. Əgər Rusiya hökumətinin Azərbaycan hakimiyyətinə zərrə qədər hörməti olsaydı buna yol verməzdi. Saatlardır ölkəyə və onun vətəndaşına qarşı olan hörmətsizliyi sanki Azərbaycan hakimiyyəti görmür. Mən isə başa düşürəm ki, görür, sadəcə qorxusundan fikir bildirmir. Əks halda Xarici İşlər Nazirliyi çoxdan nota verərdi. Rusiyadakı vətəndaşlarımızın vəziyyəti ilə birbaşa maraqlanmalı olan səfirimiz Polad Bülbüloğlu isə bu dəqiqələrdə yəqin ki, hansısa ziyafət məclisində öz kefindədir. Diaspora sədrimiz Nazim İbrahimovun başı isə öz maşın kolleksiyasına qarışıb.

P.S. Rusiya Federasiyası daxili işlər nazirinin hərəkətlərindən dəhşətə gəldim. Bizim hakimiyyət isə bizləri yenidən onların çətirinin altına salmaq istəyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA