Xaçmazda yanğın: 1 nəfər yanaraq öldü

img

16-10-2013 [12:00]


Xaçmaz rayonunun Niyazoba kəndində yanğın hadisəsi baş verib. rayon mərkəzindən 14 km aralıda yerləşən kənddə vətəndaşa məxsus ümumi sahəsi 220 kv. m. olan ikimərtəbəli 8 otaqlı evin 7 otağının yanar konsruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) və evə bitişik tikilmiş ümumi sahəsi 100 kv. m. olan köməkçi tikilinin yanar konstruksiyaları 50 kv. m. sahədə yanıb.

Yanğın söndürüldükdən sonra ev sahibi A.İ.Romanenkonun yanmış meyiti yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Evin qalan hissəsi və VAZ-2106 markalı avtomobil yanğından mühafizə olunub. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA