Dövlət Departamentindən Ramiz Mehdiyevin açıqlamasına- Cavab

img

16-10-2013 [11:55]


Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin gündəlik brifinqi keçirilib. Brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki "Amerikanın Səsi"nin müxbirinin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Milli Şuraya səslərin 25 faizinin verilməsi” açıqlamasına dair sualına cavab verib:

- Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyir ki, ABŞ rəsmiləri onun hökumətinə deyiblər və ya təklif ediblər ki, müxalifətə 25 faiz səs qazanmağa icazə versinlər ki, səsvermə ədalətli görünsün. Bu, belədirmi?

- Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır.

Xatırladaq ki, Ramiz Mehdiyev belə demişdi: "ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdı. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş. Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir". /Müsavat.com/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA