Pezident Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bağlanmış Sazişin uzadılması haqqında sərəncam imzalayıb

img

12-06-2020 [16:59]


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə" sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddətinin uzadılması haqqında 2020-ci il mayın 7-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Sərəncamda daha sonra deyilir:

"Bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA