83 il əvvəl Qarabağdan Qazaxıstana sürgün edilən 96 yaşlı azərbaycanlı: "Ağdamın işğalı mənə çox pis təsir etdi..." - MÜSAHİBƏ
12-06-2020 [14:57]
O, 83 il əvvəl Stalinin qanlı represiyasına məruz qalaraq ailəsi ilə birlikdə Azərbaycanın dilbər guşəsi olan Qarabağdan Qazağıstan çöllərinə sürgün edilib.
O zaman Şamil Tağıyevin 13 yaşı olub. Sürgün həyatının çətinliklərinə sinə gərən Ş.Tağıyevin məşəqqətləri Stalinin ölümündən sonra başa çatıb. Beləliklə, Tağıyevlər ailəsi azad nəfəs ala biliblər.
Bundan sonra, o, Azərbaycana qayıtmayaraq Qazaxıstanda məskunlaşmağa qərar verib. Hazırda 96 yaşlı Ş.Tağıyevin 11 övladı, 50 nəvəsi, 90 nəticəsi, 1 kötücəsi var.
Mia.az "Report"a istinadla Şamil Tağıyevlə müsahibəni təqdim edir.
- Özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?
- Sağlıq-salamatlıqdır. Səhhətim yaxşıdır, işləyirəm. Yaxşı dolanıram. Şükür, heç bir çətinliyim yoxdur.
- Əslən Qarabağdansınız. Ailəniz sovet dövründə Qazaxıstana sürgün edilib. O zaman neçə yaşınız var idi? O illəri necə xatırlayırsınız?
- Mən 1924-cü ildə Yuxarı Qarabağda, Kosalar kəndində doğulmuşam. Ailəmiz 1937-ci ildə Qazaxıstana sürgün ediləndə mənim 13 yaşım olardı. O illəri yaxşı xatırlayıram. Xankəndində evlərimiz var idi. Şuşa qalasını da görmüşəm.
Atam Mahmud Nəcəfov Qarabağın ən varlı və hörmətli şəxslərindən olub. Qırxqız dağlarının ətəyində yerləşən 5-6 kəndin torpaqları atama məxsus idi. Oradakı bulaqların suyundan çox içmişəm. Lakin Sovet hakimiyyəti illərində digər varlı insanlar kimi atam da “xalq düşməni” elan olundu və biz ailəlikcə Qazaxıstana sürgün edildik.
Bu torpaqlara pənah gətirəndə heç nəyimiz yox idi. Evsiz-eşiksiz qalmışdıq. Bizi evlə təmin etdilər. Qazax xalqının bizə etdiyi yaxşılıqları heç vaxt unutmaram. Mən həm də Qazaxıstanın “fəxri vətəndaşı” adına da layiq görülmüşəm.
- Sürgündən sonra Vətənə getmək imkanınız olubmu, qohumlarla əlaqəniz varmı? Azərbaycanla bağlı ən çox nəyi xatırlayırsınız?
- Bəli, 3-4 dəfə Azərbaycana getmişəm, qohumlarımla görüşmüşəm. Əmim uşaqları indi Bakıda yaşayırlar. Ağdamın ermənilər tərəfindən işğal olunması mənə çox pis təsir etmişdi. Çünki uşaqlıq illərim Ağdamda, Sarıcalı kəndində keçib. O illəri çox yaxşı xatırlayıram. Ümumiyyətlə, Vətəni unutmaq mümkün deyil.
- Siz həm də Böyük Vətən müharibəsi veteranısınız. Faşizm üzərində qələbədə sizin də payınız var. Döyüş yolunuz haradan başlayıb, harada bitib?
- 1943-cü ildə hərbi xidmətə çağrıldım, 6 ay hərbi məktəbdə təlimlər keçəndən sonra 1944-cü ildə müharibəyə yollandım. Minomyot atan bölüyə düşmüşdüm. Müharibədə olduğum 2 il çox çətin keçdi, 2 dəfə ağır yaralandım. Beş ay hərbi hospitalda müalicə almalı oldum. Budapeştin azad olunmasında şəxsən iştirak etmişəm. Müharibədə iştirakıma görə bir neçə orden və medalla təltif olunmuşam.
- Vətən həsrəti ilə qürbətdə yaşayan, müharibənin ağrı-acısını görən, 11 övlad böyüdən, 100 yaşın astanasında olan Şamil baba nəvələrinə, nəticələrinə ən çox hansı məsələhətləri verir?
- Müharibədən qayıdandan sonra qazax qızı Rahiyə ilə evləndim. Bir ildir xanımım rəhmətə gedib, 11 övladım, 50 nəvəm, 90 nəticəm, 1 kötücəm var. İndi övladlarımın hərəsi bir ocağın, bir ailənin başçısıdır. Onların hamısına yaxşı tərbiyə vermişəm, hamısı təhsilli, savadlıdır. İndi də gözüm nəvə-nəticələrimin üzərindədir. Onların təhsil ilə maraqlanıram. Çalışıram ki, onlar Azərbaycan dilini də öyrənsinlər, savadlı olsunlar. Azərbaycana olan sonsuz sevginin, torpağa, milli köklərə bağlılığının nəticəsidir ki, nəvələrimdən biri Ramilya Mustafayeva 21 min azərbaycanlının məskunlaşdığı Türküstan vilayətində “Qarabağ” Azərbaycan Etnomədəni Birliyini yaradıb və onun rəhbəridir. Birliyə “Qarabağ” adının verilməsi nəvəmin şəxsi təşəbbüsüdür. Nəvə-nəticələrimə, eləcə də bütün gənclərə məsləhətim budur ki, yaxşı insan olsunlar, oxusunlar, savadlı olsunlar.
- Hazırda nə işlə məşğul olursunuz?
- Mən ixtisasca aqronomam. Müharibədən sonra 1963-1968-ci illərdə Daşkənddə Xalq Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil almışam. 40 ildən çox bu sahədə çalışmışam. Həm cavanlığımda, həm də ahıl yaşımda bu sahədəki xidmətlərimə görə bir çox mükafata layiq görülmüşəm.
- Bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Sizə cansağlığı arzu edirik.
- Bizi yada saldığınız üçün minnətdaram. Azərbaycan xalqının başı həmişə uca olsun, əmin-amanlıq olsun. Qazaxıstandan Azərbaycana çoxlu salam göndərirəm. Azərbaycana xoş günlər arzu edirəm. Prezidentimiz İlham Əliyev sağ olsun, bizi daim yada salır. Mən qürbətdə olanları xatırlayan hər kəsə, xüsusi ilə Fuad Muradova təşəkkür edirəm. Yaxında Azərbaycanda görüşmək ümidi ilə! Sağ olun!
Lalə İmamalıyeva
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi